• cümə axşamı, 28 mart, 17:56
  • Baku Bakı 16°C

Son 15 ildə seysmik aktivlik ən yüksək səviyyəyə çatıb

24.12.14 10:53 1110
Son 15 ildə seysmik aktivlik ən yüksək səviyyəyə çatıb
Qurban Yetirmişli: “2014-cü il son 15 ildə (2000-ci ildən) ən aktivləşmə və güclü zəlzələlər olan ildir”.
APA-nın xəbərinə görə, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib ki, bu il ərzində maqnitudası 5-dən yuxarı olan 6 zəlzələ baş verib.
Onun sözlərinə görə, yanvarda Xəzərin şimalında, fevralda isə Hacıqabulda olan zəlzələ həmsərhəd ölkələrdə də hiss olunub: “Dərinliyi 46 km olan həmin zəlzələ həmin bölgədə aktivləşmə gedən bütün zəlzələ ocaqlarını oyatdı. Bu il həm zəlzələlərin sayına, həm də ayrılan enerjinin miqdarına görə seysmiklik cəhətdən ən yüksək dövr olub, ümumilikdə Azərbaycan və sərhəd ərazilərdə 8 mindən çox zəlzələ qeydə alınıb”.
Q.Yetirmişli əlavə edib ki, bu il baş verən zəlzələlər dərinlikdə olduğuna görə silkələmə əhatəsi böyük olub, amma dağıntısı olmayıb: “Zəlzələ nə qədər səthə yaxın olsa, onun dağıntıları daha çox olur, nəinki hiss olunması. 2012-ci ildə Zaqatala və Balakəndə olan zəlzələlər bu il Hacıqabuldakı zəlzələ ilə eyni gücdə idi. Ancaq Zaqatalada 8 km dərinlikdə, Hacıqabulda isə 46 km dərinlikdə qeydə alınıb. Ona görə də Zaqatalanın dağıntıları daha çox oldu. 8-10-12 km dərinliyində olan zəlzələlərin dağıntı gücü daha çox olur, nəinki daha dərinlikdə olanların”.
banner

Oxşar Xəbərlər