• cümə, 19 Aprel, 22:21
  • Baku Bakı 24°C

Son 14 ilin ən yaxşı romanı

26.01.15 06:41 1279
Son 14 ilin ən yaxşı romanı
Junot Diazın “tarix, komediya, magik realizmi” birləşdirdiyi romanı BBC sosial-mədəni sorğuları və ABŞ tənqidçilərinin şərhləri nəticəsində 2000-ci ildən bəri yazılmış ən yaxşı roman seçilib. “Guardian”-da yer alan xəbərdə amerikalı tənqidçilərin “Oskar Vaonun macəra dolu qısa həyatı” (“The brief wondrous life of Oscar Wao”) əsərini 21-ci əsrin ən yaxşı romanı adlandırdıqları bildirilir. Lakin əsərin son 15 ilin ən yaxşı bədii nümunəsi adlandırılmasının tək səbəbi amerikalı tənqidçilər deyil. BBC-nin mədəniyyət və incəsənət şöbəsi ötən il ərzində əsrin ən yaxşı romanı üçün sorğu aparıb. 156 romanın adı namizəd göstərilən sorğuda ən çox satılan, ən çox oxunan romanlar yarışıb. Oxucular və “The New York Times”, “Time magazine”, “Newsday”, “Kirkus Reviews” və “Booklist” kimi dünyaca məşhur ədəbi dərgilərin redaktor və tənqidçilərinin rəyləri əsasında hesablanan nəticələr də Junot Diazın əsrin ən yaxşı romanının müəllifi olduğunu göstərib. Son 14 ilin ən yaxşı romanlarında ilk onluq belədir.
1. Junot Diaz – “The Brief Wondrous Life of Oscar Wao” (2007)
2. Eduard Cons – “The Known World” (2003)
3. Hilari Mantel – “Wolf Hall” (2009)
4. Merilin Robinson – “Gilead” (2004)
5. Jonatan Franzen – “The Corrections” (2001)
6. Maykl Çabon – “The Amazing Adventures of Kavalier & Clay” (2000)
7. Cennifer Eqan – “A Visit from the Goon Squad” (2010)
8. Ben Founteyn – “Billy Lynn’s Long Halftime Walk” (2012)
9. Ian Mak Evan – “Atonement” (2001)
10. Çimamanda Ngozi Adiçi – “Half of a Yellow Sun” (2006)
banner

Oxşar Xəbərlər