• cümə, 29 Mart, 12:55
  • Baku Bakı 14°C

Somalidə terror aktı qurbanlarının sayı 189 nəfərə çatıb

15.10.17 18:30 1975
Somalidə terror aktı qurbanlarının sayı 189 nəfərə çatıb
Şənbə günü Somalinin paytaxtı Moqadişoda törədilən terror aktı nəticəsində ölənlərin sayı 189 nəfərə çatıb, daha 200 nəfər yaralı var.
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Sky News Arabia" telekanalı məlumat yayıb.
Oktyabrın 14-də Hodan rayonunda yerləşən mehmanxanalardan birinin binası yaxınlığında minalanmış yük maşını partladılıb. Bu, son illər Somalidə törədilmiş ən böyük terror aktlarından biridir. Bəzi məlumatlara görə, ərazidə ən azı iki partlayış baş verib.
Hücuma görə heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.
banner

Oxşar Xəbərlər