• şənbə, 20 Aprel, 07:42
  • Baku Bakı 14°C

Soltan və İsmayıl Hacıbəyovların əsərləri ifa olunacaq

03.08.19 12:45 9841
Soltan və İsmayıl Hacıbəyovların əsərləri ifa olunacaq
Sentyabrın 19-da Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Soltan və İsmayıl Hacıbəyovlara ithaf” adlı konsert proqramı təqdim olunacaq.
Mədəniyyət NazirliyindənAZƏRTAC-a bildirilib ki, konsertdə gənc dirijor Orxan Həşimov, Azərbaycan Dövlət Simli Kvarteti, Azərbaycan Dövlət Fortepiano Triosu, Xalq artistləri Ülviyyə Hacıbəyova (piano), Yeganə Axundova (piano) və Gülnaz İsmayılova (vokal), Səidə Tağızadə (piano), Nəzakət Rimazi (piano), Fəridə Məmmədova (vokal), Elnarə Kəbirlinskaya (piano), Tatyana Qarayusifli (piano) , Aytac Rzaquliyeva (piano) tərəfindən hər iki bəstəkarın əsərləri ifa olunacaq.
Qeyd edək ki, konsert proqramı Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq.
banner

Oxşar Xəbərlər