• çərşənbə, 24 Aprel, 05:08
  • Baku Bakı 14°C

Soltan Məmmədov fransalı həmkarı ilə Dağlıq Qarabağdan danışıb

23.10.20 12:37 361
Soltan Məmmədov fransalı həmkarı ilə Dağlıq Qarabağdan danışıb
Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Soltan Məmmədov Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun üzvü Jean-Luc Reitzer arasında videokonfrans formatında görüş olub.
APAxəbər verir ki, deputat fransalı həmkarınaErmənistanın son hərbi təxribatları barədə məlumat verib. S.Məmmədovbildirib ki, Ermənistan məqsədli şəkildə dinc əhalini hədəf alır, hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda yerləşən yaşayış məntəqələrinə raket və artilleriya zərbələri endirir. Nəticədə dinc insanlar, o cümlədən qadın və uşaqlar həlak olur. O, Ermənistanın dinc sakinlərə qarşı törətdiyi terror aktlarına dünya ictimaiyyəti tərəfindən qiymət verilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa baş verənlərə laqeyd qalmamalı, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasına etirazını bildirməlidir.
Fransa-Azərbaycan dostluq qrupunun üzvü Jean-Luc Reitzer Gəncə şəhərində baş verən faciədən dərin kədər hissi keçirdiyini bildirib. O, vaxtilə Gəncədə olduğunu, bu şəhərin atəşə tutulmasından sarsıldığını diqqətə çatdırıb. Fransa Milli Assambleyasının deputatı bildirib ki, parlamentdəki həmkarlarının münaqişə barədə daha çox məlumatlandırılması istiqamətində iş aparır. O, Milli Assambleyanın 90 üzvü qarşısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə çıxış etməsi barədə məlumat verib. Qeyd edib ki, bu formatda görüşləri davam etdirməyi, eyni zamanda, parlament üzvlərinin elektron poçt ünvanlarına mütəmadi məlumatlar göndərməyi planlaşdırır. Jean-Luc Reitzer münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll edilməsinin vacib olduğunu vurğulayıb.

Deputatlar dostluq qrupları arasında videokonfransın keçirilməsi, eyni zamanda, qarşılıqlı səfərlərin təşkili ilə bağlı məsələləri də müzakirə ediblər.
banner

Oxşar Xəbərlər