• cümə, 19 Aprel, 22:30
  • Baku Bakı 24°C

ŞOK! Klublarımız ev oyunlarının yayımlanmasını istəmir

25.09.13 13:45 1246
ŞOK! Klublarımız ev oyunlarının yayımlanmasını istəmir
“Artıq növbəti mövsüm üçün Topaz Premyer Liqasının yayımı ilə bağlı başqa ölkədən cəlbedici təklif almışıq”. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev açıqlayıb.
O, həmin ölkənin adını açıqlamasa da, təklif olunan vəsaitin kifayət qədər yüksək olduğunu vurğulayıb. R. Musayevin sözlərinə görə, təklif həyata keçsə, PFL-ə ödənilən vəsaitdən mətbuatın inkişafına da ayrılacaq.
Bununla yanaşı, R. Musayev klublarımızın öz ev oyunlarının yayımını istəmədiklərini də açıqlayıb: “Yayım hüququnu Topaza həvalə edəndə bəziləri bizim bu addımımızı tənqidlə qarşıladılar. Lakin onlar əməkdaşlığımızın müsbət tərəfini görüb işıqlandırmadılar. Premyer Liqada elə tur oldu ki, 5 oyunun hamısı göstərildi. Bu gün bəzi problemlərlə üzləşirik. Klub rəhbərləri yayımdan imtina edirlər. Səbəb kimi azarkeşləri itirdiklərini göstərirlər. Oyunları göstərilməyəndə də narazı qalırlar, göstəriləndə də. Lap bir kinoda deyildiyi kimi, “oxu, oxuma” deyirlər. Elə problemlər var ki, açıqlamaq olmur. Amma bütün günahları PFL-də görürlər”.
PFL prezidentinin sözlərinə görə, klublarımızın bu istəyi həyata keçməyəcək. O, heç kimə haqsızlığın olmamasına çalışdıqlarını əlavə edib: “Ən yaxşı həqiqət düzlükdür. Bir insan öz vəzifəsini yerinə yetirə bilmirsə, onun haqqında tədbir görürük. Topazla 1 ildir əməkdaşlıq edirik. Hələ heç bir problemimiz olmayıb. Əksinə, Topaz Azərbaycan futbolunun inkişafı üçün xeyirli işlər görüb. Təkcə maddi məsələlərdən söhbət getmir. İnanırıq ki, birgə layihəmiz daha uğurlu alınacaq”.
“Azinteltek” birgə müəssisəsinin sədri Ahmet Sezer isə hər turun orta hesabla 4 oyununun canlı yayımlandığını və azarkeş sayında ciddi artımın olduğunu söyləyib: “Gələcəkdə Azərbaycan Premyer Liqasının müxtəlif ölkələrdə yayımlanmasını nəzərdə tuturuq”.
banner

Oxşar Xəbərlər