• cümə axşamı, 18 aprel, 20:19
  • Baku Bakı 21°C

ŞOK! “Fənər”i iki illik söndürdülər

28.08.13 13:25 2005
ŞOK! “Fənər”i iki illik söndürdülər
İdman Arbitraj Məhkəməsi (CAS) Türkiyənin “Fənərbağça” klubunun 2 il müddətinə Avropa kuboklarından kənarlaşdırılması barədə qərarı qüvvədə saxlayıb. Lent.az-ın məlumatına görə, “sarı-lacivərdlilər”in 2013-2014 və 2014-2015-ci il mövsümlərində qitə miqyaslı yarışlardan kənarda qalacağı rəsmiləşib.
Bu mövsüm klub Çempionlar Liqasının “pley-off” mərhələsində İngiltərə “Arsenal”ına uduzub – 0:3, 0:2. Bu məğlubiyyətlərdən sonra “Fənər” mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirməli idi. Lakin CAS-ın qərarından sonra komanda bundan da məhrum olub. Üstəlik, “sarı-lacivərdlilər” növbəti mövsümdən də kənarda qalıblar.
Qeyd edək ki, “Fənərbağça” 2010-2011-ci il mövsümündə danışılmış oyunlarda iştirak iddiaları ilə UEFA İntizam Komitəsinə cəlb edilib. Bu komitə klubu 2+1 il müddətinə cəzalandırıb. Apellyasiya Komitəsi isə cəzanı 2 ilə endirib. CAS Türkiyənin digər klubu “Beşiktaş”la bağlı qərarı isə növbəti həftənin cümə günü açıqlayacaq.
banner

Oxşar Xəbərlər