• cümə, 19 Aprel, 19:40
  • Baku Bakı 24°C

Sofa Bəsirzadənin xatirəsi doğma sənət ocağında yad edilib

08.06.18 20:51 1370
Sofa Bəsirzadənin xatirəsi doğma sənət ocağında yad edilib
İyunun 8-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, Xalq Artisti Sofa Bəsirzadənin 100 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTACxəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Əvvəlcə qonaqlar aktrisanın həyat və yaradıcılığının əks olunduğu fotosərgiyə baxıblar. Sonra aktrisanın ömür yolundan bəhs edən videoçarx nümayiş edilib.
Tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq Artisti Azərpaşa Nemətov, Xalq artistləri Hacı İsmayılov, İlham Namiq Kamal və başqaları unudulmaz sənətkarın həyat və yaradıcılığından söz açıblar.
Qeyd edilib ki, Sofa Bəsirzadə 1918-ci ildə Kazan quberniyasının Çukan kəndində dünyaya gəlib. 1936-cı ildə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinə qəbul olunan sənətkar Akademik Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrdə, epizodik rollarda çıxış edib. Üçüncü kursda tələbə-aktrisa kimi teatrın aktyor truppasına qəbul olunub. Ümumilikdə 100-dən çox tamaşada müxtəlif obrazlar yaradıb.
Sofa Bəsirzadə 2000-ci il yanvarın 4-də Bakıda vəfat edib.
Tədbir çərçivəsində aktrisanın xatirəsinə həsr olunan "Müfəttiş” tamaşası təqdim olunub.
banner

Oxşar Xəbərlər