• cümə axşamı, 28 mart, 22:24
  • Baku Bakı 13°C

Soçini su basıb: Krasnodarda 2 nəfər həlak olub, minlərlə insan naçar qalıb - VİDEO

25.10.18 16:28 750
Soçini su basıb: Krasnodarda 2 nəfər həlak olub, minlərlə insan naçar qalıb - VİDEO
Rusiyanın Kuban vilayətində anomal leysan yağışları nəticəsində Soçi şəhərini su basıb.
Milli.Az "Kubanskie Novosti"yə istinadən bildirir ki, Soçinin Lazarevsk rayonunda Makopse çayının üzərindəki körpünü sel dağıdıb. Yolun 20 metrlik hissəsi də sıradan çıxdığından Tuepse şəhəri ilə Lazarev rayonunun əksər hissəsi arasında əlaqə kəsilib.
Dağılan körpü 147 saylı Cuqba-Soçi federal yolunun bir hissəsidir.
Aşe və Sovet-Kvace kəndlərinin yaxınlığında federal yolu sel yuyub. Maryino, Naciqo, Kalej və Lıqotx kəndləri ilə nəqliyyat əlaqəsi kəsilib.
Dünən axşam saatlarında Krasnodar diyarına güclü leysan yağışı yağıb. 2 mindən artıq evi su basıb. Tuapse rayonunda iki nəfər həlak olub, bir nəfər itkin düşüb. Yaxın günlərdə bölgədə güclü yağışlar, tufan, dolu və 22 m/saniyə sürətli küləklər gözlənilir.
Maqri-Vesyoloe bölgəsində burulğanlar istisna olunmur.
Tuapsedə 362 nəfər təlxiyyə olunub.
Abşeron rayonunda Qotx və Pşiş dəmiryol stansiyaları, habelə Hadıjensk şəhərini, Kabarda və Kurinskaya stanitsalarını, Staraya Kurinskaya, Qorodok və Stansionnaya qəsəbələrini su basıb.
9 şəhərin elektroenerji təminatı dayanıb. 11 min ev işıqsızqalıb.
Tuapse, Adler və Abşeron rayonlarında fövqəladə vəziyyət rejimi elan olunub.
Tuapse şəhərinin küçələrində insanlar qurşağadək suda hərəkət edirlər. Küçələrdə avtomobillər, soyuducular, digər məişət əşyaları və mebellər üzür.
Soçidə və Tuapsedə üç kinoteatrın damı uçub. Dəmiryol vağzalları və hava limanları bağlanıb.

banner

Oxşar Xəbərlər