• cümə axşamı, 28 mart, 19:08
  • Baku Bakı 13°C

Soçidə Rusiya, Türkiyə, İran liderlərinin görüşü keçirilib

15.02.19 11:15 395
Soçidə Rusiya, Türkiyə, İran liderlərinin görüşü keçirilib
Soçidə Rusiya, Türkiyə, İran liderləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhaninin görüşü keçirilib.
AZƏRTACxəbər verir ki, Suriya münaqişəsinin nizama salınması, Suriya Məşvərət Komitəsinin yaradılması və digər məsələlərin müzakirə olunduğu Sammitdən əvvəl Rusiya Prezidenti Türkiyə və İran liderləri ilə təkbətək görüşüb.
Sammitdən sonra keçirilən mətbuat konfransında Suriyada atəşkəsə nail olunması məhz Astana prosesi iştirakçılarının səyləri kimi qiymətləndirilib. Tərəflər İdlibdə cəm olmuş terrorçularla mübarizə, Suriyanın ərazi bütövlüyünün qorunub saxlanması, ölkə ərazisinin Suriya qoşunlarının nəzarətinə verilməsi, suriyalı qaçqınların vətənə dönməsi, Suriyaya humanitar yardım göstərilməsi və digər məsələlərə toxunublar. Rusiya Prezidenti Vladimir Putin çıxışında qeyd edib ki, ölkəsi separatizmlə bağlı heç nəyi dəstəkləmir və suriyadaxili dialoq dövlətin və cəmiyyətin tam bərpa olunması ilə nəticələnməlidir.
Mətbuat konfransından sonra Sammit iştirakçıları işgüzar şam yeməyinə dəvət olunublar. Burada onlara Rusiyada səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko da qoşulub.
banner

Oxşar Xəbərlər