• cümə axşamı, 25 aprel, 21:20
  • Baku Bakı 21°C

Soçidə məktəblilərin dünya çempionatı şahmatçılarımız üçün uğurlu olub

18.12.16 16:46 1353
Soçidə məktəblilərin dünya çempionatı şahmatçılarımız üçün uğurlu olub
Lənkəran Şəhər Şahmat Məktəbinin zəka sahibləri Rusiya Federasiyasının Soçi şəhərində keçirilən məktəblilərin dünya çempionatında müvəffəqiyyətlə çıxış ediblər.
AZƏRTACxəbər verir ki, sayca 12-ci dəfə keçirilən və 500-dən artıq şahmatçının iştirak etdiyi çempionatda ölkəmizi təmsil edən 23 şahmatçıdan 5-i lənkəranlı olub.
Nəzrin Mirzəzadə, Kənan Əhədzadə, Hacəli Əhədzadə, Nəriman Ağayev və Aydın Əkbərovun yer aldığı heyət çempionatı ümumilikdə bir qızıl və bir gümüş medalla başa vurub.
Lənkəranın yeniyetmə şahmatçıları Nəzrin Mirzəzadə və Hacəli Əhədzadə dünya çempionatında ilk beşlikdə yer alıblar.
Yarış digər üç lənkəranlı şahmatçı üçün də uğurlu olub. Onlar çempionatda fərqlənə bilməsələr də, 9 mümkün xaldan yarısını toplamağa nail olublar. Bu, şahmatçıların beynəlxalq reytinq dərəcələrini artırmağa kömək edib.
Dünya çempionatında ilk beşliyə düşən Nəzrin Mirzəzadə və Hacəli Əhədzadə 2017-ci ilin may ayında Monteneqroda təşkil ediləcək Avropa çempionatında iştirak etmək hüququ qazanıblar.
banner

Oxşar Xəbərlər