Soçi növbəti üçtərəfli sammitə hazırlaşır
Region dövlətlərinin diqqəti sabah Soçidə baş tutacaq üçtərəfli
Rusiya, İran və Türkiyə prezidentlərinin görüşünə yönəlib. Vladimir Putin,
Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək sammitə bir neçə gün
qalmış Antalyada Türkiyə, Rusiya və İran xarici işlər nazirləri Mövlud
Çavuşoğlu,Sergey Lavrovvə Cavad Zərifi görüşüblər.
"Antaya görüşündə bütün əsas məsələlərlə bağlı razılıq əldə edilib”.Bunu
görüşdən sonra jurnalistlərə açıqlamasında Rusiya xarici işlər naziriSergey
Lavrovbildirib. O deyib ki, görüşdə Türkiyə, Rusiya və İran
prezidentlərinin noyabrın 22-də Soçidə keçiriləcək sammitinə hazırlıqla bağlı
konkret məsələlər müzakirə olunub: "Görüş çox faydalı oldu, əsas məsələlər üzrə
razılıq əldə etdik. Suriyaböhranının tənzimlənməsi üzrə Astana prosesinin
möhkəmləndirilməsi ilə bağlı prezidentlərə müzakirələrimizin nəticələrini
təqdim edəcəyik”.S.Lavrov dövlət başçılarının Soçi sammitindən öncə
Türkiyə, Rusiya və İran Silahlı Qüvvələrinin Baş qərargahlarının rəislərinin
görüşünün keçiriləcəyini vəSuriyada təhlükəsizlik zonaları ilə bağlı
detalların müzakirə ediləcəyini də açıqlayıb.
Yeri gəlmişkən, sammitdə beşinci təhlükəsizlik zonasının yaradılması
üzərində iş aparılması politoloq və medianın diqqət mərkəzindədir.Ərdoğan-Putin-Ruhani
görüşünü şərh edən politoloqlar hesab edirlər ki, Suriya və İraqın terrorçu
qruplardan təmizlənməsi qismən baş tutsa da, bu iki dövlətin ərazisində
sabitlik hələ tam bərqərar olmayıb. Qeyd edilir ki, Suriyada təminatçı ölkələr
rolunda çıxış edən Rusiya, İran və Türkiyənin silahlı qüvvələri bölgədə
koordinasiya tədbirləri həyata keçirilməlidir. Yalnız bu halda proses hərbi
müstəvidən siyasi müstəviyə keçə və bununla da ümumi həll bərqərar oluna bilər.
Bir neçə gün əvvəl Türkiyə və Rusiya prezidentlərinin Soçidə baş tutan 4
saatlıq müzakirəsi Suriyadakı vəziyyətin gərgin olaraq qalmasından xəbər verir.
Onların qənaətincə, bu üç ölkənin ən problemli məqamlar ətrafında konsensusa
gələcəyi ilə bağlı gözləntilər böyükdür.
Qərb və İsrail mediası isə yazır ki, üç ölkə prezidentinin görüşü
Birləşmiş Ştatlar üçün siqnaldır. Məsələn, "The Yerusalem Post” yazır ki, hər
üç ölkə ABŞ-a simvolik siqnallar göndərir və bununla bildirmək istəyirlər ki,
Vaşinqton bölgədəki proseslərdən kənara atılıb. Və İŞİD-in tam məhvindən sonra
məhz regional nəhənglər oyunun şərtlərini diktə edəcəklər. Qəzet yazır ki, Soçi
görüşünün əsas müzakirə mövzusu Suriya olsa da, sammitin real hədəfi Moskvanın
regiondakı nüfuzunu nümayiş etdirməkdir. Məqalədə daha sonra qeyd edilir ki,
sammit ərəfəsində türk məmurlar aktiv şəkildə ABŞ-ın siyasətinin tənqid etməyə
başlayıblar. Türkiyə prezidenti Ağ evi verdiyi vədi yerinə yetirməməkdə
günahlandırıb. Vəd isə Suriyanın İŞİD-dən azad olunan ərazilərdən kürd
özünümüdafiə dəstələri və ABŞ qoşunlarının çıxarılmasından ibarət idi. "Daily
Sabah” qəzetində dərc edilən məqaləsində Türkiyə prezidentinin mətbuat katibi
İbrahim Kalın bildirib ki, baş verənlər göstərir ki, ABŞ İŞİD-i Suriyanın
şərqində qalmaq üçün bəhanə kimi istifadə edir. İsrail nəşri məqalədə üçtərəfli
sammitlə başlı Rusiyanın da mövqeyini yerləşdirib. Kremlin nümayəndəsi Dmitri
Peskov bu görüşü "siyasi nizamlanma prosesinin təminatçı-ölkələringörüşü”,
eləcə də, Suriyada sabitlik və təhlükəsizlik sammiti kimi nəzərdən
keçirdiklərini söyləyib. Müəllif məqalədə xatırladır ki, bu sammit Rusiya və
ABŞ prezidentlərinin ötən həftə baş tutan görüşündən dərhal sonra keçirilir. "Həmin
sammitdə müzakirə olunan məsələlər formal xarakter kəsb edib. Amma Soçi sammiti
əhəmiyyətli diplomatik addım kimi qiymətləndirilir və regional miqyasda ciddi
nəticələrə gətirib çıxara bilər”, - deyə qeyd edilir.
Maraqlısı odur ki, hər üç ölkə Suriya böhranın həllinə fərqli prizmalardan
yanaşır. "Lakin son ildə onların münasibətləri harmonik əhəmiyyət kəsb etməyə
başlayıb və nəticədə Amerika prosesdən kənarda qalıb”, - deyə nəşrdə qeyd
edilir. Müəllifin qənaətincə, Türkiyə və İran Qətər böhranı, eləcə də İraq
Kürdüstanında baş verən hadisələr fonunda yaxınlaşdılar. Türkiyə ilə Rusiya isə
təyyarə böhranından sonra münasibətləri normalaşdırmağa imkan tapdılar. Ən
arzuolunmaz vəziyyətdə isə Birləşmiş Ştatlardır. Müəllif yazır ki, amerikalıların
İraq və Suriyada dəqiq strategiyası yoxdur. "Üçtərəfli sammit ABŞ-ın
qabiliyyətsiz olduğunu və effektiv strategiya irəli sürə bilmədiyini üzə
çıxarmış olacaq”, - deyə nəşr yazıb. "ABŞ-ın düşməni hesab edilən İran NATO
üzvü olan Türkiyə və Rusiya ilə danışıqlar stolu arxasında əyləşir. Suriyanın
şərqində Vaşinqtonun müttəfiqləri də belə bir vəziyyətlə əlaqədar ciddi
narahatçılıq keçirməlidirlər” - deyə məqalənin sonunda qeyd olunub.
Azər