• cümə, 29 Mart, 14:28
  • Baku Bakı 14°C

SOCAR “Washington Post”a etiraz etdi - Bəyanat

14.05.15 08:48 878
SOCAR “Washington Post”a etiraz etdi - Bəyanat
"SOCAR məsələnin aydınlaşdırılması üçün köməkliyini göstərməyə hazırdır"

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-ın “Washington Post” nəşrində dərc olunmuş “SOCAR-ın 2013-cü ilin mayında Bakıda keçirilən konfransdakı məxfi rolu” adlı məqalə ilə əlaqədar bəyanat yayıb.
“APA-Economics”in xəbərinə görə, bəyanatda deyilir: “Biz “Washington Post” nəşrində dərc olunmuş “SOCAR-ın 2013-cü ilin mayında Bakıda keçirilən konfransdakı məxfi rolu” adlı məqalə ilə əlaqədar ciddi narazılığımızı ifadə edirik. SOCAR heç vaxt konfransdakı iştirakını gizlətməyib və məqalədə qeyd olunduğu kimi, SOCAR-ın loqosu və adı Bakıda keçirilən konfransda əks olunub. SOCAR qeyd olunan məsələ ilə əlaqədar heç vaxt təhqiqatın obyekti olmayıb. Çünki SOCAR-ın Bakıda keçirilən konfransın maliyyə sponsoru olması faktını ictimaiyyətə səfəri təşkil edən sponsorlar bildirməli idilər. Səfər təşkilatçılarının qaydalara əməl etməməsi təəssüf doğurur və bu məlumatların niyə açıqlanmaması bizə aydın deyil. SOCAR məsələnin aydınlaşdırılması üçün köməkliyini göstərməyə hazırdır və yerləşdiyi mühüm regionla əlaqədar qanunverici orqanları təmsil edən şəxslərin iştirakı ilə keçiriləcək tədbirlərə sponsorluq etməyi səbirsizliklə gözləyir”.
banner

Oxşar Xəbərlər