• cümə axşamı, 25 aprel, 18:50
  • Baku Bakı 21°C

SOCAR: Qəza baş verən magistral qaz kəmərində təmir-bərpa işlərinə başlanılıb

11.01.17 13:20 865
SOCAR: Qəza baş verən magistral qaz kəmərində təmir-bərpa işlərinə başlanılıb
Ötən gün yanğın baş verən Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində təmir-bərpa işlərinə başlanılıb. "APA-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın mətbuat xidmətinin məlumatda deyilir.
"Xəbər verdiyimiz kimi, yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib. Görülmüş tədbirlər nəticəsində yanğın lokallaşdırılaraq söndürülüb, qazın nəqli alternativ xəttə keçirilib, istehlakçıların qaz təchizatında fasilə yaranmayıb. Kəmərdə təmir-bərpa işlərinə başlanılıb", - deyə məlumatda bildirilir.
banner

Oxşar Xəbərlər