• cümə axşamı, 18 aprel, 16:39
  • Baku Bakı 22°C

SOCAR İranda reallaşdırılan neft-qaz layihələrində iştirak edə bilər

08.04.17 17:30 1149
SOCAR İranda reallaşdırılan neft-qaz layihələrində iştirak edə bilər
SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranın neft naziri Bijan Namdar Zənganə ilə görüşüb.
APA-nın SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, İranda keçirilən görüşdə iki ölkə arasında neft-qaz sektorunda əlaqələrin cari vəziyyəti və perspektivləri müzakirə edilib, əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar olduğu bildirilib.
Tərəflər İranda həyata keçirilən neft-qaz layihələrində SOCAR-ın iştirakı, qaz ticarəti sahəsində əməkdaşlıq, üçüncü ölkələrdə birgə layihələrin mümkünlüyü ilə bağlı məsələləri nəzərdən keçiriblər, ətraflı fikri mübadiləsi aparıblar. Yekunda müzakirə olunan mövzular üzrə araşdırma və təmasların işçi qaydada davam etdirilməsi qərara alınıb.
banner

Oxşar Xəbərlər