AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

SOCAR-ın maliyyə hesabatını açıqlaması fəaliyyətinin şəffaflığına misaldır

SOCAR-ın maliyyə hesabatını açıqlaması fəaliyyətinin şəffaflığına misaldır

Cəmiyyət
03 İyul 2020, 15:30 256
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan iqtisadiyyatının bel sütunudur.

Bunu Milli Məclisin deputatı Tahir Kərimli SOCAR-ın 2019-cu il üzrə maliyyə hesabatını şərh edərkən bildirib.

O xatırladıb ki, dünyada ilk dəfə sənaye üsulu ilə neft istehsalı Azərbaycanda başlayıb və Azərbaycan dünyanın ilk neft ölkəsi olub: "Azərbaycanda 1901-ci ildə dünya neft hasilatının 51%-i istehsal olunub. Bundan sonra da Azərbaycanın dünyada əhəmiyyəti artıb və II Dünya müharibəsində də Azərbaycan bu sahədə çox mühüm dövlət olub”.

O qeyd edib ki, SOCAR-ın inkişafının Azərbaycan üçün çox əhəmiyyətli olması çox yaxşı haldır: "SOCAR-ın birbaşa olaraq özünün əldə etdiyi karbohidrogen ehtiyatları - neft və qaz hasilatı və tədarükü Azərbaycanın inkişafına və Azərbaycan iqtisadiyyatının möhkəmlənməsinə xidmət edir. Bu, həmçinin Azərbaycan dövlətinin və vətəndaşlarının gəlirlərinin artmasına səbəb olub. İkincisi, SOCAR-ın əldə etdiyi vəsaitlər başqa sahələrin inkişafına yönəldilir. Eyni zamanda, Azərbaycan iqtisadiyyatında neft sektoru ilə yanaşı qeyri-neft sektorunda da SOCAR-ın əhəmiyyəti artır”.

Deputat bildirib ki, bundan başqa, SOCAR eyni zamanda sosial layihələr həyata keçirir: "Bu sosial layihələr əsasında şirkət gəlir götürmədən Azərbaycanın ictimai həyatında mühüm rol oynayır. Nəhayət, SOCAR-ın istiqrazlarından da gəlirləri artır ki, bu da çox mühüm məsələdir. Təəssüf edirəm ki, bu gün pandemiya şəraiti bu məsələlərə müəyyən maneələr törədir”.

T.Kərimlinin fikrincə, sonuncu amil isə SOCAR-ın beynəlxalq əhəmiyyətidir: "Bu gün Türkiyədə SOCAR-ın 2019-cu ildə əldə etdiyi gəlirləri 10 milyard manata yaxındır. Bu, olduqca böyük rəqəmdir. Bu gün Türkiyə ilə yanaşı, SOCAR-ın Gürcüstan, Ukrayna, İsveçrə və digər Avropa dövlətlərində təsisatları, törəmə şirkətləri mövcuddur. Bütün bu qurumlar Azərbaycan iqtisadiyyatının möhkəmləndirilməsinə xidmət edir”.

Millət vəkili vurğulayıb ki, belə bir şirkətin özünün maliyyə gəlirlərinin açıqlaması hədsiz dərəcədə vacib bir məsələdir: "Bu, bir dövlət şirkəti olaraq SOCAR-ın fəaliyyətinin şəffaflığına bir misaldır və onun götürdüyü beynəlxalq öhdəliklərə də uyğun gəlir. Eyni zamanda, bu gün istər Amerika qitəsində, istərsə də bir sıra ərəb ölkələrindəki dünyanın bir sıra böyük neft şirkətləri özlərinin maliyyə hesabatlarını və gəlirlərini açıqlamırlar. Bu da təbii ki, neft gəlirlərinin hara və nə dərəcədə ədalətli xərcləndiyi şübhə altına düşür. Bu nöqteyi-nəzərdən SOCAR-ın maliyyə hesabatlarını açıqlaması onun Azərbaycan dövləti və cəmiyyəti qarşısında götürdüyü öhdəliklər, həmçinin beynəlxalq oyunçu kimi şəffaflığının göstəricisidir. Bunlar hamısı yaxşı hallardır”.










ƏTRAFLI
Project GLO



O hesab edir ki, SOCAR-ın fəaliyyətindəki istiqamətlər gələcəkdə inkişaf edəcək: "Sevindirici hal ondan ibarətdir ki, SOCAR-ın gəlirləri ildən-ilə artır. Bu çox yaxşı haldır. SOCAR-ın gəlirlərinin artması şübhəsiz ki, Azərbaycan iqtisadiyyatının və maliyyə sisteminin möhkəmləndirilməsinə mühüm töhfədir”.
Xatırladaq ki, bu günlərdə SOCAR 2019-cu il üçün konsolidasiya edilmiş maliyyə hesabatlarını açıqlayıb. Hesabata nüfuzlu beynəlxalq audit şirkəti "Ernst & Young Holdings (CIS) B.V.” tərəfindən müsbət rəy verilib.
Belə ki, SOCAR 2019-cu ili mənfəətlə başa vurub. Audit olunmuş maliyyə hesabatlarına görə, şirkətin cəmi mənfəəti 5,8 mlrd manat, xalis mənfəəti 651 mln manat, cari aktivləri 19,2 mlrd manat, cari öhdəlikləri isə 17,3 mlrd manat təşkil edib.
Eyni zamanda, 2019-cu maliyyə ilində SOCAR-ın ümumi dövriyyəsi (gəlirləri) 83,8 mlrd manat təşkil edib.
Hesabat dövründə şirkətin ümumi gəlirlərinin 92,7%-i xarici bazarlarda qeydə alınıb, bunun da 63,7 mlrd manatı İsveçrədəki "SOCAR Trading” və "SOCAR Energy Holding” şirkətləri vasitəsi ilə aparılan ticarət dövriyyəsinin payına düşüb.
Mənfəət nisbəti yüksək olan istehsal və nəql kimi sahələrdə ötən il şirkətin gəlirləri artmaqda davam edib, bu artım Türkiyədə 88,6%, Gürcüstanda isə 4,3% təşkil edib.