• cümə, 19 Aprel, 20:06
  • Baku Bakı 24°C

SOCAR-ın istiqrazlarının satışına başlanılır

19.09.16 20:10 893
SOCAR-ın istiqrazlarının satışına başlanılır
Xəbər verildiyi kimi, sentyabrın 20-dən etibarən Dövlət Neft Şirkətinin - SOCAR-ın istiqrazlarının satışına start veriləcək. Bununla əlaqədar olaraq sentyabrın 19-dan istiqrazlar Bakı Fond Birjasının (BFB) listinqinə daxil edilib. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları əsas bazar seqmentində listinqə daxil edilib.
Fins.az-ın BFB-ya istinadən verdiyi xəbərə görə, gözlənildiyi kimi ticarətə ilkin qiyməti 1000 ABŞ dolları olmaqla 100 000 ədəd istiqraz buraxılıb. Emissiyanın anderrayteri qismində "PSG-Kapital İnvestisiya Şirkəti” QSC çıxış edir.
İstiqrazların tədavül müddəti 5 il, illik faiz dərəcəsi 5%, faiz ödənişi dövrü 3 aydır.
SOCAR istiqrazları ilk dəfə olaraq Azərbaycanda – BFB-də yerləşdiriləcək. Qiymətli kağızların fond bazarına kütləvi təklifiilk dəfə olaraq abunə yazılışı üsulu ilə həyata keçiriləcək. Abunə yazılışı 20 sentyabr – 10 oktyabr 2016-cı il tarixlərində, istiqrazlarınyerləşdirilməsi isə 13-14 oktyabr 2016-cı il tarixlərində BFB-də baş tutacaq.
Abunə yazılışı və yerləşdirilmə qiymətli kağızların ticarəti, ticarət sonrası əməliyytaları və bazara nəzarəti üzrə vahid platforma olan Azərbaycan Mərkəzləşmiş Birja Ticarət Sistemi (CETA) üzərindən həyata keçiriləcək.
banner

Oxşar Xəbərlər