• çərşənbə, 24 Aprel, 18:08
  • Baku Bakı 23°C

SOCAR-ın gəlirləri və büdcə ödənişləri artan xətt üzrə inkişaf edir

29.01.19 11:09 453
SOCAR-ın gəlirləri və büdcə ödənişləri artan xətt üzrə inkişaf edir
Bazardakı qiymət dalğalanmalarına baxmayaraq, SOCAR-ın gəlirləri və büdcə ödənişləri artan xətt üzrə inkişaf edir.
AZƏRTACxəbər verir ki, bu sözləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin gəlirliliyinin artmasını şərh edərkən deyib.
"Prezident İlham Əliyevin tapşırıqlarını rəhbər tutaraq, SOCAR inteqrasiya olunmuş müasir qlobal enerji şirkətinə çevrilməsi və əməliyyat effektivliyinin artırılması istiqamətində son 10 ildə bir çox zəruri islahatlar həyata keçirib. O cümlədən göstərdiyi xidmət və istehsal etdiyi əmtəə növlərini bütün dəyər zənciri üzrə şaxələndirməyə başlayıb. Məhz vaxtında görülmüş səmərəliləşdirici tədbirlərin nəticəsidir ki, bazardakı qiymət dalğalanmalarına baxmayaraq, SOCAR-ın gəlirləri və büdcə ödənişləri artan xətt üzrə inkişaf edir. Bu gün Azərbaycanın qlobal brendi SOCAR artıq gəlirlərinin böyük hissəsini xarici ölkələrdə həyata keçirdiyi əməliyyatlardan əldə edir, həmin gəlirləri ölkəmizin rifahı naminə təkrar sərmayə qoyur, dövlət büdcəsinə ödənişlərini ilbəil artırır”.
banner

Oxşar Xəbərlər