• çərşənbə, 24 Aprel, 03:39
  • Baku Bakı 14°C

SOCAR DESFA-nın özəlləşdirilməsində iştirakdan imtina etmək istəmir

05.09.16 12:03 1065
SOCAR DESFA-nın özəlləşdirilməsində iştirakdan imtina etmək istəmir

SOCAR Yunanıstanın DESFA qaz operatorunda pay almaqdan imtina etməyə hazırlaşmır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Rövnəq Abdullayev deyib.
R.Abdullayev bildirib: "Biz tenderdə qalib gəlmişik və sövdələşmədən (DESFA ilə) imtina etməyə hazırlaşmırıq. Hələ məhkəmə haqqında söhbət getmir, lakin sonadək maraqlarımızı qoruyacağıq. Əvvəlcədən danışılmış qaydalar pozulub. Hazırda Yunanıstan hökumətindən əsaslandırma gözləyirik. Yeni qaydalara əsasən, DESFA-nın dəyəri iki dəfə ucuz olmalıdır, buna görə də Yunanıstan hökuməti ilə danışıqlar aparırıq".
banner

Oxşar Xəbərlər