• çərşənbə, 24 Aprel, 17:31
  • Baku Bakı 27°C

SOCAR dekabrda neft ixracını azaldıb

05.01.17 14:15 1318
SOCAR dekabrda neft ixracını azaldıb
SOCAR ötən ilin dekabr ayı üçün həyata keçirdiyi xam neftin ixracının həcmini açıqlayıb.
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, dekabr ayında SOCAR Novorossiysk limanından 79,846 min ton xam neft ixrac edib. 2015-ci ilin dekabr ayında isə xam neft ixracı olmayıb.
Dekabr ayında Supsa limanından 170,965 min ton xam neft ixrac edilib ki, bu da daha əvvəlki ilin eyni ayı ilə müqayisədə 32,56% azdır. Ceyhan limanından 1 mln. 290,954 min ton xam neft ixrac edilib ki, bu da 2015-ci ilin dekabr ayı ilə müqayisədə 30,32% azdır.
Ümumilikdə, ötən ilin yanvar-dekabr ayları ərzində Novorossiysk limanından 1 mln. 217,799 min ton xam neft ixrac edilib. Bu, ötən ilin dekabr ayı ilə müqayisədə 4,19% azdır.
Supsa limanından 2 mln. 383,854 min ton xam neft ixrac edilib ki, bu da 2015-ci ilin dekabr ayı ilə müqayisədə 14,71% azdır. Ceyhan limanından 16 mln. 784,975 min ton xam neft ixrac edilib ki, bu da eyni dövrlə müqayisədə 6,39% azdır. Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac edilib.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
banner

Oxşar Xəbərlər