• cümə, 19 Aprel, 20:11
  • Baku Bakı 24°C

SOCAR borca görə "Palmali Holding"in 14 gəmisini müsadirə edib

15.01.18 18:48 910
SOCAR borca görə "Palmali Holding"in 14 gəmisini müsadirə edib
"Palmali Holding" SOCAR və "Lukoil” şirkəti tərəfindən "qara siyahı”ya salınıb.

"APA-Economics”in Türkiyə mediasına istinadən verdiyi məlumata görə, buna səbəb dünyanın ən böyük tanker donanmasına malik olan şirkət ilə SOCAR və "Lukoil” arasında uzun müddətdir baş verən məhkəmə çəkişməsidir.

Məlumata görə, dünyanın ən irihəcmli xam neft istehsalçısı olan "Lukoil” və bu şirkətin törəmələri "Palmali" şirkətlər qrupunun törəməsi "Palmali Denizçilik" ilə neft daşıması üzrə müqavilələrə xitam verib.

Bununla yanaşı, SOCAR da "Palmali”yə məxsus gəmilərin emal zavodlarına və müəssisələrinə girişinə qadağa qoyub. "Palmali Denizçilik" şirkəti borclarını vaxtında ödəmədiyinə görə SOCAR-ın şirkətə məxsus 14 gəmini öz mülkiyyətinə keçirdiyi bildirilir.

Qeyd edək ki, bir müddət öncə "Palmali Holding" ikinci dəfə "Lukoil" şirkətinin törəmə müəssisəsi olan "Litasco"nu məhkəməyə verib və 2 mlrd. dollar məbləğində təzminat tələb edib.
banner

Oxşar Xəbərlər