• cümə axşamı, 25 aprel, 06:05
  • Baku Bakı 14°C

SOCAR: Azərbaycan Türkiyəyə ixrac etdiyi qazın tarifini müzakirə etməyə hazırdır

23.01.17 11:45 952
SOCAR: Azərbaycan Türkiyəyə ixrac etdiyi qazın tarifini müzakirə etməyə hazırdır
"Hal-hazırdaTANAPlayihəsinin 60%-i tamamlanıb". "APA-Economics" xəbər verir ki, bunu "SOCAR Turkey Energy A.Ş."-nin baş icraçı direktoru Zaur Qəhrəmanov bildirib.
Onun sözlərinə görə, 2018-ci ildə istismara verilməsi nəzərdə tutulanTANAP-ın ilk mərhələdə ümumi dəyəri 11,7 mlrd. dollar idi, lakin sonradan bu göstərici 8,5 mlrd. dollaradək azaldılıb: "Beləliklə, 3,2 mlrd. dollarlıq vəsaitə qənaət etmiş olduq".
Z. Qəhrəmanov qeyd edib ki, SOCAR Türkiyə hökuməti ilə Azərbaycandan ixrac olunan qazın tariflərini müzakirə etməyib. Bununla yanaşı, şirkət rəhbəri bu mövzuda görüşmənin olacağını istisna etməyib: "Biz bu cür görüşlərə hazırıq. Zatən rəsmi Ankara da bizə açıqdır. Türkiyə hökuməti bu məsələdə çox maraqlıdır. Biz İqtisadiyyat, Energetika, Maliyyə və Ətraf Mühit Nazirlikləri ilə tez-tez görüşürük".
banner

Oxşar Xəbərlər