• cümə, 29 Mart, 13:36
  • Baku Bakı 14°C

SOCAR Almaniya şirkətinin Türkiyədəki aktivlərinin alışını 2019-cu ilin ilk rübündə yekunlaşdıracaq

01.01.19 18:25 602
SOCAR Almaniya şirkətinin Türkiyədəki aktivlərinin alışını 2019-cu ilin ilk rübündə yekunlaşdıracaq
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Almaniyanın EWE energetika şirkətinin Türkiyədəki aktivlərinin alınmasını 2019-cu ilin ilk rübündə yekunlaşdırmağı planlaşdırır.
Trend-in məlumatına görə, məlumatına görə, bunu danışıqlara yaxın olan mənbə bildirib.
Mənbə deyib: "Biz gözləyirik ki, alış ilk rübdə yekunlaşdırılacaq, biz bunu təsdiq edə bilərik".
Türkiyə KİV-lərinin məlumatına əsasən, söhbət EWE-nin bu ölkədəki törəmə şirkəti "EWE Turkey Holding”in "Bursagaz”, "Kayserigaz”, "EWE Enerji” və "Enervis” şirkətlərindəki payından gedir. Sövdələşmənin dəyərinin 140 milyon dollar təşkil etdiyi deyilir.
Bundan əvvəl EWE şirkətindən Trend-ə bildirmişdilər ki, şirkətin Türkiyədəki aktivlərini satmaq barədə qərarı fəaliyyətinin optimallaşdırılması ilə bağlıdır.
banner

Oxşar Xəbərlər