• çərşənbə axşamı, 19 mart, 14:05
  • Baku Bakı 8°C

Sobyanin Navalnıya necə qalib gəldi?

09.09.13 08:25 1122
Sobyanin Navalnıya necə qalib gəldi?
Bakuinfo.Az-ın məlumatına görə, Uzaq Şərq federal dairəsindən Moskvaya qədər hər yerdə seçkilər keçirilib.
Ən çox diqqət mərkəzində olan seçki, Moskva meri vəzifəsi uğurunda gedən qızğın mübarizə olub.
Rusiya paytaxtının həm də xüsusi region status daşıdığını, ölkənin ən varlı regionlarından biri olduğu nəzərə alınsa, bu şəhərə rəhbərlik edən şəxsin əhəmiyyəti haqqında uzun-uzadı danışmağa ehtiyac yoxdur.
Sayılan seçki protokollarının 99%-nin artıq hesablandığı və 51,27 % faiz səslə Kremlin namizədi Sobyanin irəlidə olduğu bildirilib.
Qeyd edək ki, bu seçkilərdə Sobyaninin əsas rəqibi, müxalifətçi Navalnı idi.
Onun 27,3% səslə ikinci yerdə olduğu qeyd olunur.
banner

Oxşar Xəbərlər