• şənbə, 20 Aprel, 07:27
  • Baku Bakı 14°C

Slutski: “Heç bir xarici və daxili opponent Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirə bilməz”

18.11.16 12:16 781
Slutski: “Heç bir xarici və daxili opponent Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirə bilməz”
Azərbaycan prezidentiİlham ƏliyevRusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutskini qəbul edib.
APA-nın məlumatına görə, dövlət başçısı L. Slutskini Rusiya Dövlət Dumasının deputatı və beynəlxalq məsələlər komitəsinin sədri seçilməsi münasibətilə təbrik edib və Dövlət Dumasının mühüm komitələrindən birinə rəhbər təyin olunmasını ona göstərilən böyük etimad kimi dəyərləndirib.
L. Slutskinin Dövlət DumasınınMDBməsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri kimi əvvəllər Azərbaycanda dəfələrlə olduğunu vurğulayan prezidentİlham Əliyevonun həmin vəzifədə fəaliyyətininMDBməkanında parlamentlərarası əməkdaşlığın fəal inkişafı işinə xidmət etdiyini bildirib. Dövlət başçısı əminliyini ifadə edib ki, indiki vəzifəsində də Leonid Slutski öz işinin öhdəsindən layiqincə gələcək və Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə bundan sonra da töhfəsini verəcək. Prezidentİlham ƏliyevL. Slutskiyə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Xoş sözlərə və təbriklərə görə dövlət başçısına minnətdarlığını bildirən L. Slutski bunları deyib: "Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri qismində ilk xarici səfərimi Azərbaycana etməyim mənim üçün böyük önəm daşıyır. Azərbaycan bütün istiqamətlər üzrə Rusiya Federasiyası üçün həmişə mühüm strateji tərəfdaş olub və olacaq. Bu strateji tərəfdaşlıq ildən-ilə möhkəmlənir. Sizin müdrik rəhbərliyiniz ilə ölkəniz son illərMDBməkanından daha geniş miqyasda ən çox inkişaf edən iqtisadiyyatlardan birinə çevrilib”.
L. Slutski bildirib ki, ölkəsi Azərbaycanın Rusiya ilə strateji, konstruktiv və effektiv tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə yönələn xarici siyasət kursunu yüksək qiymətləndirir: "Heç bir xarici və daxili opponent ildən-ilə möhkəmlənən münasibətlərimizə xələl gətirə bilməz”.
Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.
banner

Oxşar Xəbərlər