• cümə axşamı, 25 aprel, 15:53
  • Baku Bakı 23°C

Sloveniyada növbədənkənar parlament seçkiləri keçirilir

03.06.18 15:30 567
Sloveniyada növbədənkənar parlament seçkiləri keçirilir
Sloveniyada növbədənkənar parlament seçkilərində səsvermə keçirilir.
Trend-in Sloveniya mətbuatına istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 07:00-da açılan seçki məntəqələri saat 19:00-da bağlanacaq.
Ölkədə təxminən 1,7 milyon vətəndaş səsvermə hüququna malikdir. Onlar 88 millət vəkilini seçəcəklər. İki deputat mandatı sadə səs çoxluğu ilə seçilən İtaliya və Macarıstan milli azlıqlarının nümayəndələrinə verilir.
Keçirilən ictimai sorğulara əsasən, heç bir siyasi qüvvə Nazirlər Kabinetini təkbaşına formalaşdırmaq üçün kifayət qədər səs toplaya bilməyəcək. Analitiklərin fikrincə, qələbə üçün ən böyük şansı olan, keçmiş Baş nazir Yanez Yanşanın Demokratik Partiyasıdır.
Seçkilərdə ümumilikdə 25 siyasi birliyin 1600-dən çox namizədi iştirak edəcək.
Qeyd edək ki, növbədənkənar seçkilərin keçirilməsinə Baş nazir Miro Tserarın istefası nəticəsində siyasi böhranın yaranması səbəb olub.
banner

Oxşar Xəbərlər