AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Slovakiya–Azərbaycan matçının başlanma vaxtı müəyyənləşib

Slovakiya–Azərbaycan matçının başlanma vaxtı müəyyənləşib

İdman
10 Sentyabr 2020, 14:45 321
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də keçiriləcək Slovakiya–Azərbaycan matçının vaxtı müəyyənləşib.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, Nitra şəhərindəki eyniadlı stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
Qeyd edək ki, millimiz 2-ci qrupda 6 xalla 4-cü pillədə qərarlaşıb. Slovakiya millisi eyni xalla beşincidir.