• cümə, 19 Aprel, 09:34
  • Baku Bakı 13°C

Şölə Səfərəliyevadan yeni mahnı

16.09.13 15:57 1694
Şölə Səfərəliyevadan yeni mahnı
Müğənni Şölə növbəti “Sənsən” adlı mahnısına çəkdirdiyi klipini media nümayəndələrinə təqdim edib. Klipin təqdimatı inanclara görə şeytani gündə, yəni ayin 13-ü, beşinci gün gerçəkləşib.
“Qaya” dövlət ansamblının solisti, eyni zamanda solo ifaçı kimi fəaliyyət göstərən müğənnini dəstəkləmək üçün sənət dostları Samira Allahverdi, Elnarə və Lalə Məmmədova klip təqdimatında iştirak edib. İfaçının verdiyi məlumata əsasən, klip BY Production-un məhsuludur və Anar Nağılbazla duet şəklində ifa olunub. Musiqisi Nağılbaza, sözləri Babaya aid olan bu mahnının çəkilişləri İsmayillida, Lahıcda keçirilib.
Rejissor Mister Baba, operator Yunis Əliyevdir. Klipdə pontamima aktyorlarının kompozisiyaları, gözəl mənzərələr yer alıb.

banner

Oxşar Xəbərlər