• şənbə, 27 Aprel, 06:55
  • Baku Bakı 12°C

Slavyanskda 8 nəfər ölüb, 16 nəfər yaralanıb

06.05.14 19:38 2379
Slavyanskda 8 nəfər ölüb, 16 nəfər yaralanıb
Ukraynanın Slavyansk şəhəri yaxınlığında bu gün keçirilmiş antiterror əməliyyatı nəticəsində 8 nəfər ölüb, güllə yaraları almış 16 nəfər isə xəstəxanalara yerləşdirilib.
APA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, Donetsk vilayət administrasiyasının Səhiyyə Departamentinin məlumatına görə, yaralıların vəziyyəti ağır və orta ağır qiymətləndirilir.
Bundan əvvəl Ukrayna DİN rəhbəri Arsen Avakovun verdiyi açıqlamaya əsasən, ötən gün keçirilmiş antiterror əməliyyatı nəticəsində 30-dan çox terrorçu öldürülüb.
banner

Oxşar Xəbərlər