• cümə, 29 Mart, 06:04
  • Baku Bakı 5°C

Skripkaçı Səlim rəqqasə Fatiməyə jest etdi

08.01.14 10:46 2034
Skripkaçı Səlim rəqqasə Fatiməyə jest etdi
Əməkdar artist, skripkaçı Səlim Abbasov Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fətəliyeva ilə bir araya gələrək, yeni işlərini təqdim ediblər. Bu barədə “Kaspi”yə skripkaçı S.Abbasov məlumat verib:
“Xeyli müddətdir üzərində çalışdığım bir kompozisiyanı yekunlaşdırdım. “Lalələr” adlı xalq mahnısını yeni üslubda ifa edib, hazırladım. Bu musiqini hazırladıqdan sonra artıq biznes ledi, pedaqoq kimi də tanınan, “Göyçək” Fatiməyə hədiyyə etdim. O da bu jesti qəbul edib, bu kompozisiyaya çox gözəl bir rəqs nümunəsi hazırladı. Onun qurduğu rəqslər hər zaman xoşuma gəlib. İşbirliyimiz bununla yekunlaşmayacaq. Fatimə ilə növbəti proyektlər barədə düşünürük. Bu 2014-cü ildə hər ikimizdən sürprizlər gözləməyə dəyər”.
banner

Oxşar Xəbərlər