Skotta Mourinyo məsləhət verib
"Mançester Yunayted”in yarımmüdafiəçisi Skott Maktominey Şotlandiya
yığmasının şərəfini qorumaq barədə qərar verib.
Kaspi.az xəbər verir ki, onun bu qərarı İngiltərə mətbuatında geniş
müzakirə olunur. Məsələ ilə bağlı MY-ni n baş məşqçisi Joze Mourinyo da
açıqlama verib:
"Mən on məsləhət vermişəm. Amma hesab etmirəm ki, mənim məsləhətim
Skottun valideynlərinin fikrindən daha üstündü.
O, ürəyini dinləməlidir. Bu, mənim məsləhətimdən daha vacibdir, çünki
mənim məsləhətim tamamilə karyeraya aiddir.
Ancaq duyğular karyerdən
vacibdir. Ailənin hissləri daha qiymətlidir”.