• cümə, 19 Aprel, 07:38
  • Baku Bakı 13°C

Skotçla divara yapışdırılmış banan 120 min dollara satılıb

07.12.19 16:30 577
Skotçla divara yapışdırılmış banan 120 min dollara satılıb
ABŞ-ın Florida ştatının Mayami-Biç şəhərində keçirilən rəssamlıq sərgisində skotçla divara yapışdırılmış banan incəsənət əsəri kimi 120 min dollara satılıb.
AZƏRTACxəbər verir ki, italyan rəssam Mauritsio Kattelanın "Komediant” adlı əsəri "Art Basel” sərgisində satılıb. Ekspertlərin sözlərinə görə, əsərin ikinci variantı (yenə də skotçla banan) 150 min dollara satıla bilər. Əsər incəsənət xiridarlarının bir çoxunun böyük marağına səbəb olub, hərçənd sərgiyə gələnlərin çoxu onun mənasını başa düşməyib. "Art Basel”in banisi Emmanuel Perrotin bildirib ki, bu əsər tamaşaçını obyektlərin dünyada necə hərəkət etdiyi barədə düşündürməlidir. O deyib: "İstər sərgi stendinə bərkidilsin, istərsə də "New York Post”un üzqabığında verilsin, bu əsər bizi maddi əmtəənin necə qiymətləndirildiyi barədə düşünməyə məcbur edir”.
"Art Basel” dünyanın hər yerindən yeni innovativ əsərlər axtarışında olan məşhur insanları və rəssamları cəlb edən populyar festivaldır. Festival hər il üç şəhərdə - Bazel, Mayami-Biç və Honkonqda keçirilir.
banner

Oxşar Xəbərlər