• cümə axşamı, 25 aprel, 09:03
  • Baku Bakı 14°C

Skolarinin istefası rəsmiləşdi

15.07.14 11:35 1008
Skolarinin istefası rəsmiləşdi
Apasport.az xəbər verir ki, 65 yaşlı mütəxəssis istefa ərizəsini yazmaqla, yığmadan getmək istədiyini bildirib.
Ölkə futbol federasiyası onun ərizəsini qəbul edib və Skolari ilə yollar ayrılıb.
DÇ-2014-ün yarımfinalında Almaniyaya (1:7) və Hollandiyaya (0:3) biabırçı hesablarla uduzduğu üçün təzyiqlərlə üzləşən təcrübəli məşqçi istefa verməyin vaxtı olduğunu bildirib: “Dünya çempionatı bizim üçün çox uğursuz oldu. Belə nəticələrlə üzləşməməli idik. Ona görə də artıq milli komandadan getmək vaxtıdır. Mən yığma komanda karyeramı başa vururam. Braziliya Futbol Federasiyasına istefa ərizəsi ilə müraciət etdim və onlar qəbul etdilər. Köməkçilərim də mənimlə birlikdə gedir”.
Qeyd edək ki, sonuncu dəfə Braziliya millisinin “sükanı arxası”na 2012-ci ildə gələn Skolari 2013-cü ildə elə bu ölkədə keçirilən Konfederasiyalar Kubokunu qazanmışdı. Bundan başqa, 2001/2002-ci illərdə də ölkəsinin yığma komandasında işləyən mütəxəssis Yaponiya və Cənubi Koreyada keçirilən dünya çempionatının qalibi olmuşdu.
banner

Oxşar Xəbərlər