AZE | RUS | ENG |

Skokiedə 26 fevral Xocalı Faciəsinin Anım Günü elan edilib

Skokiedə 26 fevral Xocalı Faciəsinin Anım Günü elan edilib
Xocalı faciəsinin 27-ci il dönümü ilə əlaqədar İllinoys ştatının Skokie şəhərinin meri Corc Van Dusen tərəfindən 26 fevral 2019-cu ilin Xocalı Faciəsinin Anım Günü elan edilməsi barədə bəyanat verilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, bəyanatda ölkəmizin Dağlıq Qarabağ regioununda 1988-ci ildən etibarən həyata keçirilən işğal və etnik təmizləmə siyasətinin bir hissəsi olaraq Ermənistan hərbi qüvvələrinin 1992-ci ilin 25 və 26 fevral tarixlərində Rusiyanın 366-cı alayı tərəfindən müşayiət olunmaqla Xocalını işğal edərək mühasirəyə alması qeyd olunur.
Ərazini tərk etməyə çalışan mülki əhalinin atəşə tutulması nəticəsində həmin dövrdə Avropanın ən böyük qırğınının həyata keçirilməsi vurğulanır. C.Dusen bəyanatda 106-sı qadın, 83-ü uşaq və 70-i yaşlı olmaqla 613 mülki şəxsin öldürülməsi, 150 insanın itkin düşməsi, 487 nəfərin yaralanmasını təəssüf hissi ilə qeyd edir. Bəyanatda Xocalı faciəsinin müharibə zamanı törədilə bilən ən dəhşətli qığın kimi qiymətləndirlir.
Bəyanatda, həmçinin Ermənistan qüvvələrinin Azərbaycan ərazilərinin işğalına son qoymağa çağıran BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirəlməməsi, BMT Baş Assambleyasının, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT, Amerika-Azərbaycan Şəbəkəsi, o cümlədən, ABŞ-ın Dövlət Departamenti və Ağ Ev tərəfindən Dağlıq Qarabağ region da daxil olmaqla Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün tanınması qeyd olunur.
Xatırlatmaq istərdik ki, İllinoys ştatını ABŞ Senatında təmsil edən Temmy Dakuors tərəfindən Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinə ünvanlanmış məktubda Xocalı faciəsinin xatirəsinin anılması üçün Mərkəzə minnətdarlıq ifadə edilmişdir. Daha yaxşı gələcəyin qurulması üçün tarixi faktların tanınmasının vacibliyini qeyd edən senator bu kimi halların təkrarlanmaması üçün bu sahədə birgə əməkdaşlığın əhəmiyyətini vurğulanıb.
Həmçinin Xocalı faciəsinin 27-ci il dönümü ilə əlaqədar ABŞ Konqresinin üzvü Bobbi Raş tərəfindən rəsmi bəyanat verilmişdir. Konqresmen bəyanatda Xocalı faciəsinin ABŞ-da anılmasının dünya xalqları arasında anlaşma, əlaqələndirmə və dözümlülüyü daha da artıracağına ümid ifadə etdib.
17 fevral tarixində Çikaqo şəhərində İlonoys ştatının Holokost Muzeyi və Təhsil Mərkəzinin binasında Azərbaycan tarixinin ən faciəvi səhifələrindən biri olan Xocalı faciəsinin 27-ci il dönümünə həsr edilmiş tədbir keçirlmişdir. Tədbir Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin iştirakı ilə baş tutub.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9005
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1746
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6843
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2798