• çərşənbə, 17 Aprel, 01:16
  • Baku Bakı 14°C

Skautlar onun dostunu izləyiblər

10.04.19 14:15 753
Skautlar onun dostunu izləyiblər
MLS-də çıxış edən "Di Ci Yunayted”in hücumçusu Lusiano Akosta karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Kaspi.az xəbər verir ki, Akostanı izləmək üçün "Mançester Yunayted”in skautları da ABŞ-da olublar. 24 yaşlı argentinalı hücumçu MY-nin sabiq futbolçusu Ueyn Runi ilə uğurlu tandem təşkil etdikdən sonra Avropa nəhənglərinin diqqət mərkəzinə düşüb.
O, ötən mövsüm MLS-də 11 qol vurub, 15 qol ötürməsi edib. MY-nin skautları Akostanı "Los-Anceles”lə oyunda izləyiblər. Amma həmin qarşılaşmada "Di Ci Yunayted” biabırçı məğlubiyyətə uğrayıb – 0:4.
Akosta Argentinanın "Estudiantes” və "Boka Xuniors” klublarında da çıxış edib.
banner

Oxşar Xəbərlər