• çərşənbə axşamı, 16 aprel, 22:12
  • Baku Bakı 18°C

Sizi ziyalı “göstərəcək” siyahı

08.01.18 10:55 1198
Sizi ziyalı “göstərəcək” siyahı
Hər zaman qeyri-ənənəvi başlıqlar altında sorğular keçirib, siyahılar təqdim edən "Guardian” yazarları ötən ilin son günlərində ədəbiyyat adamları və kitab sevərlərin, hətta kitab sevdiyini sadəcə iddia edənlərin belə ciddi mənada diqqət mərkəzinə daxil olmuş bir sıralama açıqladı. Bu siyahıdakı kitablar nə çox oxunanlar, nə çox satılanlar, nə də çox uğur qazananlardır. Əksəriyyəti ekranlaşdırılmış olan bu romanlardan ibarət siyahıda "özünü ziyalı göstərmək üçün "bunu oxumuşam” deyən adamların kitabları” cəmləşib. Siyahının adı uzundur. "Guardian” redaktorları iddia edir ki, buradakı kitablar insanların özlərini ziyalı kimi qələmə vermək üçün yalandan oxumuşam dedikləri bədii nümunələrdir.
Sorğuya 2 min insan qatılıb. Anket nəticələri göstərib ki, insanlar özlərini oxumuş kimi göstərmək üçün bu kitabların adını yalandan çəkir. Anketə qoşulanların yarısı isə bu kitabları oxumadıqları halda "oxuduqları kitablar” kimi kitabxanalarında saxlayırlar. Sizin də diqqətinizi çəkəcəyini düşündüyümüz siyahını təqdim edirik.
· Corc Oruel – "1984”
· Lev Tolstoy – "Hərb və sülh”
· Çarlz Dikenz – "Böyük ümidlər”
· Cerom Devid Selinser – "Çovdarlıqda uçurumdan qoruyan”
· E.M.Forster – "Hindistana səfər”
· JR Tolkien – "Üzüklərin hökmdarı”
· Harper Li – "Bülbülü öldürmək”
· Fyodor Dostoyevski – "Cinayət və cəza”
· Ceyn Austen – "Eşq və qürur”
· Şarlotta Bronte – "Ceyn Eyr”
banner

Oxşar Xəbərlər