• cümə axşamı, 28 mart, 20:25
  • Baku Bakı 13°C

Siyəzəndə üç övladı ilə yoxa çıxan qadın Bakıda tapıldı

03.09.19 13:15 1370
Siyəzəndə üç övladı ilə yoxa çıxan qadın Bakıda tapıldı
Siyəzən rayon sakini, üç övladı ilə birgə iki ay əvvəl itkin düşən 30 yaşlı Həmzəliyeva Gülnar Xanbala qızı tapılıb.
Bu barədə Trend-ə Siyəzən Rayon Polis Şöbəsindən məlumat veriblər. Qeyd olunub ki, qadın ötən ayın 30-u Bakıda tapılıb.
Xatırladaq ki, Siyəzən rayonunun Yenikənd kənd sakini, 30 yaşlı Həmzəliyeva Gülnar Xanbala qızı cari ilin iyul ayının 23-də səhər saatlarında üç azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Evdən çıxan zaman onun əynində qara-qırmızı güllü don və ağ rəngli ayaqqabı olub.
banner

Oxşar Xəbərlər