• şənbə, 27 Aprel, 08:32
  • Baku Bakı 12°C

Siyəzəndə qadın 3 övladı ilə birlikdə itkin düşüb

27.08.19 17:21 4613
Siyəzəndə qadın 3 övladı ilə birlikdə itkin düşüb
Siyəzəndə 30 yaşlı qadın övladları ilə birlikdə itkin düşüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundanAZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonun Yenikənd kənd sakini Həmzəliyeva Gülnar Xanbala qızı iyul ayının 23-də üç azyaşlı övladı ilə birlikdə evdən çıxaraq bir daha geri qayıtmayıb.
G.Həmzəliyevanın boyu 155 santimetr, yumru sifətli, kök bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman onun əynində qara-qırmızı güllü don və ağ rəngli ayaqqabı olub.
Onu görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə (023 304-13-03 şəhər və (051) 772-06-06; (077) 390-70-75 mobil nömrələrinə) zəng vuraraq məlumat vermələri xahiş olunur.
banner

Oxşar Xəbərlər