• cümə, 29 Mart, 01:26
  • Baku Bakı 7°C

Siyəzəndə bir otaqda 22 şagirdə dərs keçən repetitot aşkar edilib

17.04.21 14:30 1132
Siyəzəndə bir otaqda 22 şagirdə dərs keçən repetitot aşkar edilib

Siyəzəndə karantin qaydalarını pozan şəxs müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundanAPA-ya verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman, repetitor fəaliyyəti ilə məşğul olan rayon sakini Vüqar Abdullayevin karantin qaydalarını pozması halı aşkar edilib. Belə ki, həmin şəxsin 22 şagirdlə bir otaqda dərs keçməsi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən V.Abdullayevin törətdiyi qanunazidd hərəkətin qarşısı alınıb, yeniyetmələr isə ailələrinə təhvil verilərək, valideynlərə övladlarının səhhəti ilə bağlı münasibətdə məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.
V.Abdullayev barədə Siyəzən Rayon Polis Şöbəsi tərəfindən qanunamüvafiq tədbir görülüb.
banner

Oxşar Xəbərlər