Siyəzəndə 12 evin damı qarın ağırlığından çökdü

Siyəzəndə 12 evin damı qarın ağırlığından çökdü

Təfsilat
17 Dekabr 2012, 17:21 1086
Şimal bölgəsinə yağan güclü qar Siyəzən rayonunda fəsadlar törədib. Siyəzən rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, rayonun Zarat kəndində 11 fərdi yaşayış evinin damı çöküb. Həmin evlərdən 4-ü qəzalı vəziyyətə düşüb. Siyəzən rayonun Tağay kəndində isə bir evin damı çöküb. Ev qəzalı vəziyyətə düşüb.

İcra hakimiyyətindən bildiriblər ki, Tağay kəndindəki yaşayış evinin sakinləri təhlükəsiz yerə köçürülüb. Dəyən ziyanın aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.