Siyəzəndə 10 nəfər meşədə azıb
Ötən gün Siyəzən rayonunun Qalaaltı kəndində 10 nəfər meşədə azaraq köməksiz vəziyyətə düşüb.
"Report" xəbər verir ki, bu barədə məlumatFövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.
Dərhal nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşların xilas olunmasını təmin edib.
Əməliyyat saat 20:55-də başa çatıb.