• cümə, 29 Mart, 19:30
  • Baku Bakı 14°C

Siyavuş Novruzov: “Özəl bağçalara elə qiymət qoyublar ki...“

27.12.13 14:17 1219
Siyavuş Novruzov: “Özəl bağçalara elə qiymət qoyublar ki...“
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov uşaq bağçalarında vəziyyətdən narahatlığını bildirib. APA-nın xəbərinə görə, S.Novruzov deyib ki, hətta rayonlarda uşaq bağçaları anlayışı ortadan çıxır.
O qeyd edib ki, təhsil qanununa əsasən, uşaqlar orta məktəbə bağçadan gəlməlidirlər.
S.Novruzov özəl bağçaların çox baha olduğunu nəzərə çatdırıb: “Bağçalara elə bir qiymət qoyublar ki, ailənin bütün üzvləri işləsə belə, uşağı bağçaya qoymaq üçün yetərli olmaz. Elə bağçalar var ki, qiymətlər 700 manatdan 1000 manatadək dəyişir. Amma qanunda nəzərdə tutulan güzəştlər həmin özəl bağçalara da şamil olunur. Əgər bu güzəştlər kimlərinsə cibinin doldurulmasına xidmət edirsə və bundan sonra qiymətlər enməyəcəksə, onda bu dəyişikliyin elə bir mənası yoxdur”.
banner

Oxşar Xəbərlər