• cümə axşamı, 18 aprel, 14:52
  • Baku Bakı 22°C

Siyavuş Novruzov: “Yaşın nə fərqi var ki?“

09.02.15 11:26 942
Siyavuş Novruzov: “Yaşın nə fərqi var ki?“
“Partiyanın 2015- ci il üçün təsdiq etdiyi iş planında əsas məsələ parlament seçkiləri ilə bağlıdır. Bununla əlaqədar artıq proqramlarımızı hazırlayırıq. Yaxın günlərdə rayon və şəhər təşkilatlarının birgə müşavirəsi keçiriləcək”.
Bu sözləri qafqazinfo-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov parlament seçkilərinə hazırlıq prosesindən danışarkən deyib.
S.Novruzov bildirib ki, parlament seçkilərinə hazırlıqla əlaqədar proqram üzrə görüləcək işləri rayon şəhər təşkilatlarına təqdim edəcəyik: "Onlar da bütün partiya strukturlarının fəaliyyətini bu istiqamətə yönəldəcəklər. Ötən 5 illikdə deputatlar barəsində əvvəllər açıqladığım kriteriyalar əsasında ciddi araşdırmalar aparılır. Seçkinin elan olunmasına bir ay qalmış namizədlərin siyahısını yekunlaşdırıb təqdim edəcəyik”.
Deputat, həmçinin vurğulayıb ki, hakim partiyanın tərkibininin 60 faiz dəyişiləcəyi ilə bağlı fikirlər yanlışdır: "Bəzən mediada filankəsin yaşı çıxdur, o deputat seçilməyəcək kimi fikirlər səsləndirirlər. Bu, bizim yanaşma tərzimiz deyil. Yaşın nə fərqi var ki? Elə adamlar var ki, cavanlardan daha yaxşı məhsuldar işləyir, qanunvericilik təşəbbüsü ilə çıxış edir, o cümlədən seçiciləri tam qane edir, Azərbaycanı bütün beynəlxalq təşkilatlarda təmsil edir”.
banner

Oxşar Xəbərlər