• şənbə, 20 Aprel, 17:08
  • Baku Bakı 23°C

Siyavuş Novruzov: Utanmasalar, deyərlər ki, koronavirusu Azərbaycan yaradıb

09.04.20 15:06 571
Siyavuş Novruzov: Utanmasalar, deyərlər ki, koronavirusu Azərbaycan yaradıb
Xaircə oturub Azərbaycan əleyhinə iş aparan adamlar var. Biz konkret olaraq adlar deməliyik, onları ifşa etməliyik. ABŞ-da oturan Sevinc Osmanqızı və Avropada oturan Qənimət Zahid iddia edirlər ki, Azərbaycanda koronavirusa qarşı mübarizə aparılmır. Bəs, ölkəmizdə bu qədər işlər görülür, karantin rejimi tətbiq olunur. Bu işləri kim görür?
Trend-in məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, həmin insanlar özləri xaricdə evdə oturub çölə çıxa bilmirlər, hüquq-mühafizə orqanlarının tələblərinə ikiqat tabe olurlar: "Ancaq burda insanlara deyirlər ki, çölə çıxın. Bunlar istəyirlər ki, Azərbaycanda vəziyyət pis olsun və özləri sevinsinlər. Deyir, "ilana ağıl verən kərtənkələdir. Bunlara da ağlı verən Əli Kərimlidir. Utanmasalar, deyərlər ki, koronavirusu Azərbaycan yaradıb. Biz belələrini ifşa etməliyik. Onlar iqtidara müxalifət deyil, xalqa, dövlətçiliyə müxalifətdir”.
banner

Oxşar Xəbərlər