• cümə axşamı, 25 aprel, 19:16
  • Baku Bakı 21°C

Siyavuş Novruzov: “Rusiyanın Azərbaycandakı mərkəzlərinin sənədlərinin yoxlanılması məsələsini qaldıracağam”

16.05.17 12:40 1291
Siyavuş Novruzov: “Rusiyanın Azərbaycandakı mərkəzlərinin sənədlərinin yoxlanılması məsələsini qaldıracağam”
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Ümumrusiya AzərbaycanKonqresinin ləğv edilməsi məsələsi etiraza səbəb olub.
APA-nın məlumatına görə, iclasda çıxış edən YAP icra katibinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədriSiyavuş NovruzovRusiyada bəzi şəxslərin dövlət maraqlarından çox öz maraqlarını əsas götürmələrindən təəssüfləndiyini bildirib.
O qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirilib: "Təcili tədbirlər görülməlidir. Beynəlxalq qüvvələr Rusiyaya görə bizi dəfələrlə təzyiq qarşısında qoyublar. Amma biz heç vaxt Rusiyanın mənafeyinə zidd olacaq heç nə etməmişik. BizimMilli Məclisbununla bağlı rəsmi mövqe ortaya qoymalıdır. Bu nə deməkdir axı? Rusiya bütün işlərini başa çatdırıb, bircə qalmışdı Ümumrusiya AzərbaycanKonqresi? Azərbaycanda çoxlu sayda rus baxçaları, məktəbləri və mərkəzləri var. Mən İctimai birliklər və dini qurumlar komitəsinin sədri kimi Azərbaycanın müvafiq orqanlarına rəsmi müraciət edəcəyəm ki, Rusiyanın buradakı mərkəzləri, rus icmalarının sənədlərinin qaydasında olub-olmaması ilə bağlı hesabat hazırlayıb təqdim etsinlər”.
SpikerOqtay Əsədovisə bildirib ki, Azərbaycan həmişə Rusiyanın mövqeyini dəstəkləyib: "Elə məsələ də burasındadır ki, bunu görmədilər”.
banner

Oxşar Xəbərlər