• çərşənbə axşamı, 23 aprel, 13:57
  • Baku Bakı 24°C

Siyavuş Novruzov: “Milli Şuranın müzakirə etdiyi məsələ onların xislətini ortaya qoyur”

15.05.20 20:53 757
Siyavuş Novruzov: “Milli Şuranın müzakirə etdiyi məsələ onların xislətini ortaya qoyur”
"Milli Şura adlı qurumun qapalı iclasında iştirak edənlər yenidən hər şeyi iqtidarın üzərinə atmağa cəhd etdilər. Onlar əvvəlcə Azərbaycan xalqından üzr istəməli idilər”.
BunuAPA-ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
"Lakin sonradan məlum oldu ki, özləri qapalı iclası canlı yayıma qoşublar. Onlar öz daxili aləmlərini, daxili düşüncələrini və kimlərin müdafiəçisi olduqlarını açıq şəkildə ortaya qoymuş oldular. Oradan müxtəlif adamların istefası bir daha göstərdi ki, onlar üçün Azərbaycan xalqı, milləti, dövləti və dövlətçiliyi əsas deyil, əsas olan ayrı-ayrı qruplardır. Neçə illərdir bu şəxslər Azərbaycan xalqına qarşı apardıqları işlərdə erməni dəyirmanına su tökməklə, ermənilərin maliyyəsi hesabına istər Azərbaycandan kənarda, istərsə də Azərbaycan sərhədləri daxilində antiazərbaycan təbliğatı aparmaqla, saxta miqrant sənədləri satmaqla məşğuldurlar. Bu, artıq həmin şəxslərin Azərbaycan cəmiyyətində "pasportu”dur. Azərbaycan cəmiyyətində həmin qruplara qoşulan insanlar o cür "pasport”a layiqdirlər”, - deyə S. Novruzov vurğulayıb.
O qeyd edib ki, bu adamlar canlı yayım vasitəsilə qapalı iclası Avropaya yaymaqla məşğul olublar: "Avropada bu cür qruplara diqqət böyükdür. Gültəkin Hacıbəyli də qapalı iclasda bu fikri səsləndirir ki, bizə diqqət böyükdür və Avropadakıların da bizdən tələbi budur. Yəni Azərbaycan xalqının düşüncəsi bu qrupları maraqlandırmır, Avropanın, Amerikanın bunlardan tələbi nədən ibarətdirsə, həmin tələbləri də yerinə yetirməklə məşğuldurlar. Tanınmamış bir adamın qaldırdığı məsələ ilə bağlı xalqın "taleyüklü” məsələsi ilə məşğul olan Milli Şuranın nəyi müzakirə etdiyi onların xislətini ortaya qoyur. Azərbaycan xalqı çox haqlı olaraq, bu şəxslərin üstündən vaxtında xətt çəkib və bu şəxsləri tarixin arxivinə, zibilliyinə yollayıb. Bu insanlar özlərinə qarşı olanları və yaxud da onları dəstəkləyənləri müzakirə edirlər”.
banner

Oxşar Xəbərlər