• şənbə, 20 Aprel, 08:17
  • Baku Bakı 14°C

Siyavuş Novruzov: "Milli Şuranın mitinqinə təşkilatçıların yalnız qohum-əqrəbası yığışıb"

12.09.16 00:41 1028
Siyavuş Novruzov: "Milli Şuranın mitinqinə təşkilatçıların yalnız qohum-əqrəbası yığışıb"

"Milli Şuranın mitinqi qeyri-qanunidir. Onlar Seçki Məcəlləsinin əleyhinə olaraqmitinq keçiriblər. Çünki Milli Şura referendumla bağlı təşviqat qrupu kimi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməyib. Ona görə də bu məsələ ilə bağlı mitinq keçirməməlidir".BunuAPA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputatSiyavuş NovruzovMilli Şuranın bu gün keçirilən mitinqinə münasibət bildirərkən deyib.


O qeyd edib ki, Milli Şuranın mitinqinə təşkilatçıların yalnız qohum-əqrəbası yığışıb: "Bu adamlar mitinq keçirməklə dövlətə və xalqa kəskin münasibətlərini bildirirlər. Başqa təşkilatlara göstərmək istəyirlər ki, Azərbaycanda etiraz var və o buna görə o təşkilatlardan pul alırlar. Xarici təşkilatlara məlumat ötürməklə məşğuldurlar".
banner

Oxşar Xəbərlər