• şənbə, 27 Aprel, 02:26
  • Baku Bakı 14°C

Siyavuş Novruzov: Əli Kərimli miqrant alveri ilə məşğul olur

19.05.20 13:52 457
Siyavuş Novruzov: Əli Kərimli miqrant alveri ilə məşğul olur
İnsan alverinin əsas elementlərindən biri də miqrant alveridir.
Trend-in məlumatına görə, bu təklifi Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.
S.Novruzov qeyd edib ki, bu gün bir sıra siyasi partiyalar, Milli Şura və onun tərkibində olan Xalq Cəbhəsi, başında baş insan alverçisi duran Əli Kərimli miqrant alveri ilə məşğul olur:
"Bu, kifayət qədər sənədlərlə təsbir olunub. İstər Almaniya polisinin qaldırdığı sənədlər, istərsə də İtaliya, Fransada qaldırılan sənədlərdə saxta verilmiş arayışlar nəticəsində Azərbaycan vətəndaşıları belə deyək ki, Avropaya satılıb. Onların özləri artıq bunu müzakirəyə çıxarırlar. Bir siyasi partiya onun, digəri isə o birinin üzərinə atır. Hər birində də ilə 150-200 belə insan var. Hesab edirəm ki, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun gələcək hesabatlarında bu məsələ də öz yerini almalıdır”.
banner

Oxşar Xəbərlər