AZE | RUS | ENG |

Siyavuş Novruzov: "Bəzi xarici dairələr idmanı siyasətə qatırlar"

Siyavuş Novruzov:
Deputat: "Böyük Britaniya şirkətləri burada neft çıxardanda Azərbaycan təhlükəli olmur, iki futbol komandası gələndə təhlükəli olur?"

Bəzi xarici dairələr Azərbaycanda keçirilən islahatlara qarşı ədalətsiz şəkildə qarayaxma kampaniyası aparır, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlara təzyiq göstərməyə çalışırlar.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.
S.Novruzov bildirib ki, həmin dairələr idmanı siyasətə qatırlar: "Böyük Britaniya şirkətləri burada fəaliyyət göstərəndə, neft çıxardanda Azərbaycan təhlükəli olmur, iki futbol komandası gələndə təhlükəli olur? Sapı özümüzdən olan baltaların hərəsinə erməni lobbisi tərəfindən maliyyə vəsaiti verilib ki, Azərbaycanın həyata keçirdiyi işlərə, iqtisadi islahatlara kölgə salsınlar”.
Deputat bildirib ki, postsovet məkanında Avropa İttifaqı ilə Azərbaycan qədər əməkdaşlıq edən ikinci bir ölkə yoxdur: "Bu qədər görülən işləri qoyurlar bir kənara, başlayırlar qarayaxma kampaniyası aparmağa. Xaricdə olan bəzi azərbaycanlılar ermənilərlə eyni vaxtda fəaliyyətə başlayırlar. Düyməni eyni yerdən basırlar. Bütün Azərbaycan cəmiyyəti Prezdentin siyasətini dəstəkləyir".
S.Novruzov qeyd edib ki, ölkəmizə qarşı çirkin kampaniya aparan həmin şəxslərə cavab verilməlidir: "Siz bizi hədələməklə öz maraqlarınızı həyata keçirə bilməyəcəksiniz”.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9396
GEL 1 1 Gürcüstan larisi 0.6061
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1832
CHF 1 1 İsveçrə frankı 1.753
KWD 1 1 Küveyt dinarı 5.6058
TRY 1 1 Türkiyə lirəsi 0.2933