• cümə axşamı, 28 mart, 21:15
  • Baku Bakı 13°C

Siyavuş Novruzov: Bəzi qüvvələr Azərbaycanda görülən işlərə mane olmağa çalışırlar

15.03.19 14:36 521
Siyavuş Novruzov: Bəzi qüvvələr Azərbaycanda görülən işlərə mane olmağa çalışırlar
2018-ci il Azərbaycan xalqının taleyində əlamətdar il olub. Bu gün bizə təqdim olunan Nazirlər Kabinetinin 2018-ci il üzrə hesabatında müəyyən məsələlərə toxunuldu. Bu hesabatı ilk növbədə Azərbaycan özü verib. Xalqımızın 2018-ci ildə prezident seçkilərində ulu öndər Heydər Əliyev yoluna səs verərək Prezident İlham Əliyevi dəstəkləməsi artıq hesabata verilən qiymət idi.
Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2018-ci ilin hesabatının müzakirəsi zamanı deyib.
O bildirib ki, ötən il prezident seçkilərindən sonra ölkədə həyata keçirilən islahatlara nəzər yetirsək, iqtisadiyyatımızın daha da inkişaf etdiyini, bir sıra sosial problemlərin həll olunduğunu və yeni infrastrukturun yaradıldığını görərik: "Ötən il Nazirlər Kabinetində də böyük islahatlar keçirildi, Nazirlər Kabinetinin tərkibində dəyişiklik edildi. Həmçinin iqtisadiyyatımızın inkişafına, sosial məsələlərin həlli istiqamətində aparılan işə uyğun gəlməyən strukturlar ləğv edildi, zəruri, tələbat olan yeni strukturlar formalaşdı və bu gün də formalaşmaqdadır”.
S.Novruzov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən son aylarda imzalanan sərəncamlar, verilən qərarlar 2019-cu ilin dövlət büdcəsində əvvəlcədən öz əksini tapmışdı: "Həm sosial, həm iqtisadi sahədə, həm də problemli kreditlərlə bağlı məsələlər ətrafında atılan addımlar dünyanın heç bir yerində müşahidə edilmir. Azərbaycanda həyata keçirilən bütün işlər əhalinin sosial rifah halının yaxşılaşması üçündür. İnsanlar da bunu başa düşür və öz prezidentlərini dəstəkləyir, iqtidar-xalq birliyi nümayiş olunur”.
Azərbaycanda həyata keçirilən islahatları gözü götürməyənlərin bu islahatlara kölgə salmaq istəməsindən danışan deputat bildirib ki, həm xaricdə, həm də daxildə olan bəzi qüvvələr görülən işlərə mane olmağa cəhd edirlər: "Bir daha qeyd edirəm ki, həyata keçirilən işlər, atılan addımlar ötən il prezident seçkilərindən sonra aparılan islahatların davamıdır. Bəzi ölkələr Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edirlər. Onların cəhdləri heç bir nəticə verməyəcək”.
banner

Oxşar Xəbərlər